MƏDƏNİYYƏT


Dünyaca məşhur müğənni həbs oluna bilər

Bakı, 30 iyul, AZƏRTAC

İspaniya prokurorluğu dünyaca məşhur kolumbiyalı müğənni Şakiranı vergidən yayınmaqda ittiham edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Şakira 2011-ci ildən 2014-cü ilə qədər İspaniya xəzinəsinə vergi ödəməməkdə ittiham olunur.

Bununla əlaqədar olaraq, prokurorluq müğənni üçün 8 il 2 ay həbs cəzası və 23 milyon avro cərimə tələb edir.

Bildirilir ki, Barselona məhkəməsi yaxın zamanlarda bu işlə bağlı dinləmələrin başlamasına qərar verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.