DÜNYA


Dünyada 120 milyondan çox insan aclıqdan əziyyət çəkir

Bakı, 11 oktyabr, AZƏRTAC

Bütün dünya üzrə 120 milyondan çox insan aclıq və ərzaq qıtlığından əziyyət çəkir. Afrika ölkələri bu siyahının ilk sıralarında yer alır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Ərzaq Siyasəti İnstitutunun “Welthungerhilfe” və “Concern Worldwide” qeyri-hökumət təşkilatları ilə birgə dərc etdiyi illik “Ümumi aclıq meyarı” barədə məruzədə öz əksini tapıb.

Məruzəyə əsasən, hazırda 124 min insan aclıqdan əziyyət çəkir, halbuki iki il öncə bu göstərici 80 milyon nəfər idi. Çad, Haiti, Madaqaskar, Serra-Leone, Yəmən və Zambiyada bu problem daha ciddi təhlükə doğurur. Aclıq çəkən əhali ilə bağlı ən gərgin vəziyyət Mərkəzi Afrika Respublikasında qeydə alınıb.

Qeyd edək ki, mart ayında BMT Yəmən, Cənubi Sudan, Somali və Keniyada yaranan vəziyyətin təşkilatın qurulduğu 1945-ci ildən bəri ən böyük humanitar böhrana səbəb olduğunu bildirib. BMT dünya ictimaiyyətinin biganəliyinin insanların aclıq və xəstəliklərdən həlak olması, həmçinin miqrasiyanın artması ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.