CƏMİYYƏT


Dünyada 263 milyon insan çətənə istifadəçisidir

Vyana, 21 aprel, AZƏRTAC

Dünyada 263 milyon insan çətənə (kannabis) istifadəçisidir. Bu barədə məlumatı qlobal çətənə sənayesi üzrə aparıcı analitik qurum olan “New Frontier Data” təşkilatı yayıb.

AZƏRTAC xəbər verir ki, təşkilatın hazırladığı çətənə sənayesinə dair illik hesabatda dünya üzrə çətənə dövriyyəsi (dövlət tərəfindən tənzimlənən və həmçinin qeyri-qanuni) 344 milyard ABŞ dolları həcmində dəyərləndirilir. Çətənə üzrə ən mühüm bazarların sıralamasında ilk yerdə Asiya dayanır (132,9 milyard dollar). Sonrakı yerlərdə isə digər regionlar gəlir: Şimali Amerika (85,6 milyard dollar), Avropa (68,5 milyard dollar), Afrika (37,3 milyard dollar) və Latın Amerikası (9,8 milyard dollar).

Hesabatda çətənə və digər narkotik vasitələrin qeyri-qanuni istehlakına qarşı mübarizənin gücləndirilməsinin vacibliyi qeyd edilməklə yanaşı, tibbi məqsədlər üçün istifadə barədə yeni imkanlar da əksini tapıb. Qeyd edilib ki, dünyanın 50-dən artıq ölkəsində tibbi çətənə müxtəlif formalarda leqallaşdırılıb və dövlət nəzarəti altında bu sektorun inkişafı üçün böyük potensial mövcuddur.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.