DÜNYA


Dünyada 3 milyard 540 milyon dozadan çox COVID vaksini vurulub

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-dək dünyada COVID-19 virusuna qarşı vurulan peyvənd dozalarının sayı 3 milyard 540 milyonu ötüb.

AZƏRTAC vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, hazırda Çin 1 milyard 410 milyon doza ilə dünya ölkələri arasında liderlik edir. Bu göstərici üzrə ikinci və üçüncü yerləri tutan Hindistanda 391 milyon 340 min, ABŞ-da 335 milyon 490 min doza peyvənd vurulub.

Vurulan vaksin dozalarının sayına görə ilk onluqda, həmçinin Braziliya (118 milyon 88 min), Almaniya (84 milyon 200 min), Böyük Britaniya (81 milyon 190 min), Yaponiya (65 milyon 180 min), Fransa (61 milyon 160 min), Türkiyə (60 milyon 852 min) və İtaliya (59 milyon 370 min) yer alıb.

Əhalinin hər 100 nəfərinə düşən peyvənd dozalarının sayına görə isə birinci yerdə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb (162,99 doza). Bu göstərici üzrə ilk onluğa, həmçinin Malta (161,25), Seyşel Adaları (141,98), İslandiya (135,04), San-Marino (132,74), Bəhreyn (130,23), Uruqvay (127,02), Çili (126,85), İsrail (126,48) və Qətər (119,83) daxildir.

İndiyədək dünyanın 21 ölkəsində əhali sayından çox vaksin dozası vurulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.