DÜNYA
Dünyada 675 milyon insan elektrik enerjisindən məhrumdur

Bakı, 7 iyun, AZƏRTAC
Dünyada 675 milyon insan elektrik enerjisindən məhrumdur və bu rəqəm artmaqda davam edir.
AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilə Dünya Bankının (DB) birlikdə hazırladıqları hesabata istinadla xəbər verir ki, 2021-ci ilə kimə elektrik enerjisindən istifadə edə bilməyən insanların sayı azalsa da, cari ildən artmağa başlayıb. Elektrik enerjisindən məhrum olan insanların 80 faizi Afrikada yaşayır.
Dünya Bankının vitse-prezidenti Quansi Teşen bildirib ki, dünyanın zəif inkişaf edən ölkələrində insanlar enerjidən istifadə edə bilmirlər. Enerji daşıyıcılarının baha olması insanlara keyfiyyətli enerji istifadəsinə imkan vermir. Bəzən dövlətlərin də əhalini enerji ilə təmin etmək imkanı olmur. Bu tendensiyanın davam edəcəyi təqdirdə 2030-cu ildə 1 milyard insan yemək hazırlamaq üçün enerjidən istifadə edə bilməyəcək.
ÜST və DB dünya dövlətlərini alternativ və bərpaolunan enerji mənbələrinin inkişafına sərmayə yatırmağa çağırış ediblər.
Qeyd edək ki, Afrikanın bərpaolunan enerji potensialı böyük olsa da, burada yaşayan insanlar enerji təminatından əziyyət çəkirlər.