CƏMİYYƏT


Dünyada COVID-19-a yoluxma sayında yeni antirekord qeydə alınıb

Bakı, 11 noyabr, AZƏRTAC

Cəmi bir həftə ərzində dünyada 3.9 milyondan çox insan koronavirusa yoluxub. AZƏRTAC xəbər verir ki, bunun yeni antirekord olduğunu Ümumdünya səhiyyə təşkilatında (ÜST) bildiriblər.

Alimlərin ehtimal etdikləri kimi, COVID-19-un ikinci dalğasının birincidən daha böyük miqyaslı olduğu ortaya çıxdı. Bunun səbəbi, testlərin sayının kəskin artması və yayda məhdudiyyətlərin hamısını və ya çoxunu aradan qaldırmağa çalışan ölkələrdə koronavirusun geniş yayılmasıdır. ABŞ, Hindistan, Braziliya və Rusiya virusa yoluxanların sayı üzrə liderlər olaraq qalır. Lakin son həftələrdə yoluxanlar arasında 1 milyon həddi daha bir neçə ölkə keçib.

İndi isə Ümumdünya Səhiyyə Təşkilatı son bir həftə ərzində ümumi xəstəlik sayının əvvəlki həftəyə nisbətən 8 faiz artdığını bildirir. 7 gün ərzində 3.6 milyondan çox insan koronavirusa yoluxub və hazırda ən güclü epidemiya yeni yoluxmaların yarısından çoxu qeydə alındığı (54 faiz) Avropada yenidən baş verir. Təəssüflər olsun ki, ölüm hallarının təxminən yarısı da Avropanın payına düşür. Ümumilikdə, dünyada rəsmi olaraq qeydə alınmış yoluxmaların sayı 50 milyonu keçib, ölüm hallarının səviyyəsi isə 1,2 milyon ölümcül həddi keçib.

İndi bəşəriyyətin ümidləri bu ilin sonunda və gələn ilin əvvəlində gözlənilən genişmiqyaslı vaksinasiyayadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.