DÜNYA
Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 245 milyon nəfəri ötüb
Bakı, 27 oktyabr, AZƏRTAC
Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 245 milyon nəfəri ötüb.
AZƏRTAC xəbər verir ki, pandemiyanın statistikasını aparan Worldometer saytının bu gün saat 17:00 radələrinə olan məlumatına görə, hazırda dünyada koronavirusa 245 milyon 444 min 893 yoluxma halı qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 4 milyon 982 min 274 nəfərə, sağalanların sayı isə 222 milyon 493 min 446 nəfərə çatıb.
ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Burada koronavirusa yoluxanların sayı 46 milyon 498 min nəfəri ötüb, 759 min 939 nəfər vəfat edib, 36 milyon 375 mindən çox insan isə sağalıb.
Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 34 milyon 215 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 455 min 684 nəfər vəfat edib, sağalanların sayı isə 33 milyon 597 min nəfərə çatıb.
Bu göstəriciyə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Burada pandemiya dövrü ərzində 21 milyon 749 minə yaxın insan virusa yoluxub, onlardan 606 min 293 nəfər həyatını itirib, 20 milyon 944 min nəfər isə sağalıb.
2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]