DÜNYA


Dünyada COVID-19 virusuna yoluxanların sayı 175 milyonu ötüb

Bakı, 10 iyun, AZƏRTAC

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 175 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, iyunun 10-dək bütün dünyada koronavirusa 175 milyon 216 min yoluxma qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 3 milyon 778 min nəfərə, sağalanların sayı isə 158 milyon 740 min nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına yoluxma hallarının miqdarına görə lider olaraq qalır. Burada koronavirusa yoluxanların sayı 34 milyon 264 min nəfəri keçib, 613 min 494 nəfər infeksiya səbəbindən həyatını itirib, 28 milyon 254 mindən çox insan isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 29 milyon 183 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 359 min 695 nəfər vəfat edib, sağalanların sayı 27 milyon 655 min nəfərə çatıb.

Yoluxma göstəricisi üzrə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 17 milyon 125 min nəfər virusa yoluxub, onlardan 479 min 791 nəfəri ölüb, 15 milyon 596 min nəfəri sağalıb.

Xatırladaq ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.