Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dünyada baş verən hadisələrin təhlili radikalizm, ekstremizm və terrorizmin qlobal təhlükəsizliyi təhdid edən amillərdən birinə çevrildiyini göstərir

Dünyada baş verən hadisələrin təhlili radikalizm, ekstremizm və terrorizmin qlobal təhlükəsizliyi təhdid edən amillərdən birinə çevrildiyini göstərir

Bakı, 1 mart, AZƏRTAC

Müasir dünyada baş verən hadisələr və münaqişələrin nəticələrinin təhlili radikalizm, ekstremizm və terrorizmin qlobal təhlükəsizliyi təhdid edən əsas faktorlardan birinə çevrildiyini göstərir.

Bu fikirlər Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun AZƏRTAC-a verdiyi müsahibəsində yer alıb. Müsahibəni təqdim edirik.

- Səyavuş müəllim, bu yaxınlarda Özbəkistanda keçirilən “Radikalizm, ekstremizm və terrorizmlə mübarizədə gənclərin rolu" mövzusunda beynəlxalq videokonfransda iştirak etmisiniz. Pandemiya şəraitinə baxmayaraq dünya gündəmində yenə də radikalizm və ekstremizm mövzusu ön plandadır. Bu problemin səbəblərini nədə görürsünüz?

- Doğru qeyd edirsiniz ki, radikalizm və ekstremizm mövzusu, terrorizmə qarşı mübarizə məsələsi daim dünya ictimaiyyəti üçün aktual mövzudur. Bunun başlıca səbəbi adıçəkilən problemlərin hələ də tam mənası ilə anlaşılmaması və dünyada effektiv mübarizə metodlarının təşəkkül tapmamasındadır. Konfransdakı çıxışımda da qeyd etdim ki, müasir dünyada baş verən hadisələr və münaqişələrin nəticələrinin təhlili radikalizm, ekstremizm və terrorizmin qlobal təhlükəsizliyi təhdid edən əsas faktorlardan birinə çevrilməsini göstərir. Təəssüflər olsun ki, minlərlə günahsız insanın həyatına son qoyan, dövlətlərin sərhədlərinin pozulması ilə nəticələnən belə hadisə və münaqişələrin sayı ildən ilə artmaqdadır. Bildirməliyik ki, sosial münasibətlərdə nifrət və düşmənçiliyin yayılmasında, zorakı radikalizm, ekstremizm, terrorizm, o cümlədən silahlı münaqişələrin yaranmasında din faktoru önə çıxarılır. Araşdırmalara baxsaq görürük ki, baş vermiş terror hadisələrinin əksəriyyəti din uğrunda “müqəddəs müharibə” apardıqlarını bildirən silahlı qruplaşmalar tərəfindən törədilib. Terrorizmin səbəblərinin arasında dindən siyasi məqsədlərlə istifadə edilməsi xüsusi çəkiyə malikdir. Görünən odur ki, bu gün din öz mahiyyətindən uzaqlaşdırılaraq, sürətlə siyasiləşdirilir. Şübhəsiz, bunda bəzi qüvvələrin öz maraqlarını təmin etmək üçün dindən vasitə kimi istifadə etməsi böyük rol oynayır.

- Sizcə, bu proseslər, sadəcə, dinlə və yaxud da İslam dünyası ilə əlaqəlidir, yoxsa başqa səbəblər də var?

- Bilirsiniz, burada çox səbəblər var. Təəssüflər olsun ki, İslam dünyası özü bu proseslərin acınacaqlı nəticələrindən daha çox əziyyət çəkir. Yaxın Şərqdə baş verən hadisələri nümunə kimi göstərə bilərik. Terrorizm, ekstremizm və silahlı münaqişələrə görə bəzi müsəlman ölkələrində dövlətin idarəetmə mexanizmləri iflasa uğrayıb, de-fakto ərazi bütövlükləri pozulub. Hər gün İslam coğrafiyasında terror hadisələri, silahlı münaqişələr nəticəsində onlarla insanın həyatına son qoyulur. İnsanlar öz yurd-yuvalarından didərgin düşürlər. Həmin insanlar özləri istəmədən miqranta çevrilir və Avropanın qapılarını döyməyə məcbur olur. Öz yaşam tərzi, təfəkkürü, mədəniyyəti, dünyagörüşü olan bu insanlar sanki bir dünyadan başqa bir dünyaya düşürərək, yeni cəmiyyətə inteqrasiya etmək məcburiyyətində qalırlar. Bu proses isə olduqca çətin məsələdir, eləcə də həm zaman, həm də xüsusi qayğı tələb edir. Buna paralel olaraq, bəzi Qərb dövlətlərində radikal millətçi elementlər bu prosesdə din amilini qabardaraq, ondan siyasi məqsədlər üçün istifadə edirlər. Onlar miqrant statusunda gələn müsəlmanlara “çağırılmamış qonaq” qismində baxır və onları cəmiyyət üçün təhlükə mənbəyi kimi göstərməyə çalışırlar. Nəticədə cəmiyyətdə ksenofobiya, xüsusilə də İslamofobiya meyilləri güclənir. Məsələnin səbəblərinə daha dərindən nəzər saldıqda bütün bunların siyasi məqsədlər üçün edildiyi aydın olur. Dinin siyasiləşdirilməsi həddən artıq təhlükəli, qlobal təhlükəsizliyə ciddi təhdid yaradan bir problemdir.

- Bəs bu problemin həllini nədə görürsünüz?

- İlk növbədə, dinin siyasi məqsədlər naminə istifadə edilməsinin qarşısını almalıyıq. Belə ki, hansısa dövlətin və ya fərdin öz maraqlarını din adından istifadə edərək həyata keçirməsinin neqativ nəticələri bütünlüklə qlobal təhlükəsizliklə yanaşı, dinin özünə də zərbə vurur. Buna görə də, həqiqi mahiyyətinə uyğun olaraq, dinin mənəvi aləmimizin zənginləşməsinə xidmət etdiyini qəbul etməli və praktik həyatımızda yaşatmalıyıq. Din həyatımızın ayrılmaz hissəsidir. Çünki onu əvəz edəcək başqa bir qüvvə, meyar yoxdur. Elmin, texnologiyanın inkişafı nə qədər sürətlə getsə də, din kimi insanın mənəvi dəyərlərini qorumur və təbliğ etmir. Sağlam cəmiyyət üçün din və elmin vəhdəti olduqca vacibdir. Belə ki, dini inancın elmi təfəkkürlə əlaqəsi çox mühüm məsələlərdən biridir. Din və elm predmetlərinə görə fərqli sistemlər olsa da, hər ikisi sivilizasiya quruculuğu və ictimai münasibətlər üçün ən güclü vasitədir. Sivilizasiya, sadəcə, iqtisadi, siyasi və hüquqi sistemləri ehtiva etmir. O, həm də inam və dəyərlərlə möhkəmlənir, inkişaf edir. İnam və dəyərlərin isə mənbəyi dindir. Eyni zamanda, dinlər və mədəniyyətlərarası dialoq ənənələrini qorumalı, onu inkişaf etdirməliyik.

Mən burada xüsusi bir məsələyə də diqqət yetirmək istəyirəm. Radikalizm, ekstremizm və terrorizmin qarşısını almağın yolu din haqqında anlayışların qloballaşan müasir dövrün tələblərinə və çağırışlarına uyğun yenilənməsindən keçir. Belə ki, dinin sabit, dəyişilməz prinsiplərini əsrlərboyu adət-ənənələrdən gələrək dinə hopmuş, dini hökmlər kimi insanlara sırınmağa çalışılan xüsusiyyətlərdən ayırd etmək vacibdir. Düşünürəm ki, bu məsələyə xüsusi önəm verilməlidir. Bütün problemlər bizi bir məsələyə qaytarır: din nədir, onun funksiyası və məqsədi nədir.. Əgər insanlıq inkişaf edirsə və dəyişiklik inkişaf qanunauyğunluğunun tələbidirsə, o zaman bizim baxışlarımız necə olmalıdır? İnsanın həyatı onun mənəvi intellektual inkişafı və xoşbəxtliyi tarixin hansısa bir dövründə donub-qalmış baxışlara necə qurban verilə bilər? Bu kimi suallara səmimi cavab axtarmaq İslam dünyasındakı ətalətə son qoyar, insanların öz inanclarına şüurlu yanaşmasına gətirib çıxara, radikal və fanatik baxışları xeyli azalda bilər. Nəticədə qloballaşmanın sivilizasiyaların toqquşmasına deyil, ümumdünya sülhünün bərqərar olmasına yönəldilməsinə daha çox töhfə vermiş olarıq.

Digər bir məsələ isə ondan ibarətdir ki, bu sahədə sosial şəbəkələrlə bağlı da ciddi problemlər mövcuddur. Bildiyiniz kimi, bu gün gənclər internet resurslarından geniş istifadə edir. Bunun fərqində olan radikal qruplar da zərərli dini təbliğat üçün əlverişli məkan olan sosial şəbəkələrdən maksimum bəhrələnirlər. Belə qrupların fəaliyyətinin məhdudlaşdırılması istiqamətində müvafiq mexanizmlərin və standartların müəyyənləşdirilməsinə ciddi ehtiyac vardır. Dini dəyərlərin və müqəddəs təsisatların təhqir edilməsinin söz və ifadə azadlığı adı altında müdafiə edilməsindən çəkinilməlidir. Bu sahədə beynəlxalq hüquqi normaların düzgün müəyyənləşdirilməsi zərurəti yaranır. Belə ki, bu problemlər, sadəcə, bir dövlətin həll edə biləcəyi məsələlər deyil, beynəlxalq müstəvidə məsələyə yanaşılmalı və problemin aradan qaldırılması istiqamətində əməli addımlar atılmalıdır. Beynəlxalq təşkilatlar, xüsusilə BMT bu məsələyə adekvat reaksiya verməlidir. Çünki biganəlik və sadəcə, sözdə qalan addımlar atmaqla, bu təhlükənin qarşısını almaq qeyri-mümkündür. 

- Səyavuş müəllim, təəssüf ki, Vətən müharibəsində ölkəmiz də dinin siyasiləşdirilməsi cəhdləri ilə üz-üzə qaldı. Bununla bağlı nə deyə bilərsiniz?

- Tamamilə doğru qeyd edirsiniz ki, xalqımız 30 ilə yaxın idi ki, erməni vandallarının terrorçu fəaliyyətinin, cinayətlərinin qurbanına çevrilmiş, torpaqlarımız isə işğala məruz qalmışdı. Lakin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şanlı Qələbəsi bu işğala son qoydu. Ermənilər təcavüzkar siyasətini və cinayətkar əməllərini gizlətmək üçün bu müharibəni müsəlman-xristian münaqişəsi kimi təqdim etməyə, xristian dinini siyasiləşdirməyə cəhd göstərmişdir. Lakin dövlətimizin vaxtında gördüyü tədbirlər, atdığı lazımi addımlar nəticəsində düşmənin siyasəti iflasa uğramışdır. Onu da qeyd etmək lazımdır ki, illərdir Qarabağa münasibətdə dünyanın ədalətsiz mövqe nümayiş etdirməsində dini ayrı-seçkilik faktorunun böyük rolu olmuşdur. Ümumiyyətlə, tarixə nəzər salsaq, hegemonluğunu və s. məqsədlərini təmin etmək istəyən bəzi dövlətlər tərəfindən öz geosiyasi maraqları naminə din amilindən geniş istifadə olunduğunun şahidi olarıq. Azərbaycan da müstəqilliyinin bərpasının ilk illərindən etibarən dini müstəvidə təhdidlərlə üzləşmişdir və bu təhdidlər hazırda davam edir. Bütün bunlara baxmayaq, Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi yaşadığı unikal ölkədir. Biz Vətən müharibəsində də öz milli və dini həmrəyliyimizin yüksək səviyyədə olmasını bütün dünyaya nümayiş etdirərək nümunəvi ölkə olduğumuzu sübuta yetirdik. Ölkəmizin istər islam, istərsə də qeyri-islam dini icmalarının üzvləri birbaşa döyüşlərdə könüllü şəkildə iştirak edərək qəhrəmanlıq göstərdilər. Təsadüfi deyil ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətəndaşlarımız arasında bütün xalqların və dinlərin nümayəndələri var. İnanclı əsgər və zabitlərimiz Azərbaycan bayrağını azad olunmuş torpaqlarda uca zirvələrə qaldırdılar. Fikrimcə, milli və dini birliyimizi, həmrəyliyimizi daha da fəal nümayiş etdirmək üçün bütün dini məbədlərimizdə, ibadət evlərində Azərbaycan bayrağının dalğalandırılmasının zamanı çatmışdır.

- Təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO