DÜNYA
Dünyada ən dəqiq ekran təqdim edilib
Bakı, 8 oktyabr, AZƏRTAC
“Sharp” şirkəti “CEATEC 2016” sərgisi çərçivəsində virtual reallıq şlemi üçün 1008 piksel sıxlıqlı ekran təqdim edib.
AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, ekran 2.87 düym diaqonala və 2160x1920 piksel təsvir ölçüsünə malikdir. Məsələn, “Oculus Rift” virtual reallıq şleminin ekranı 1080x1200 piksel təsvir ölçüsünə və 456 nöqtə sıxlığa malikdir. Ancaq şirkət hələ ki kütləvi istehsala hazır deyil, kommersiya nümunələri yalnız bir neçə il sonra əlçatan olacaq.
Həmçinin “Sharp” şirkəti ilk “8K” formatlı ekran prototiplərini - 85 düymlük televizor və 27 düymlük monitoru nümayiş etdirib. Hər iki qurğu 120 hers yeniləmə tezliyi və 7680x4320 piksel təsvir ölçülü “IGZO” panellərlə təchiz edilib.
“8K” indiki “4K” standartının varisidir. Hazırda heç bir televizor bu texnologiyanı dəstəkləmir, ancaq 2016-cı ilin avqustunda yapon telekanalı “8K” təsvir ölçüsündə yayıma başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]