ELM VƏ TƏHSİL


Dünyada ən kiçik fləş kart hazırlanıb

Bakı,10 yanvar, AZƏRTAC

“SanDisk” şirkəti ABŞ-ın Las-Veqas şəhərində keçirilən “CES-2018” sərgisində dünyada bir terabayt (TB) tutuma malik ən kiçik fləş kart təqdim edib.

AZƏRTAC hi-tech.mail.ru saytına istinadla xəbər verir ki, ötən il təqdim olunmuş iki TB tutuma malik “Kingston DataTraveler Ultimate GT” dünyada ən tutumlu fləş kart hesab edilir. “SanDisk” şirkətinin prototipi bir TB tutuma malikdir.

Bundan başqa, “SanDisk”in prototipi “USB-C” interfeysinə malikdir. Yeni fləş kart yalnız kompüterlər arasında məlumatların ötürülməsi üçün deyil, həm də “Android” smartfonları arasında istifadə edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.