DÜNYA


Dünyada “havadan” əldə edilən enerji ilə işləyən ilk batareyasız çip təqdim edilib

Bakı, 16 yanvar, AZƏRTAC

İsrailin “Wiliot” startapı “National Retail Federation” (NRF) sərgisində ölçülmüş məlumatları 3 metrədək məsafəyə ötürə bilən innovativ telemetrik sensor təqdim edib. Maraqlıdır ki, qabaqcıl çip naqil və batareyaya malik deyil, "havadan" əldə olunan enerji ilə işləyir.

AZƏRTAC “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “ARM” prosessorla təchiz edilmiş kiçikölçülü modul obyektlərin çəkisini və temperaturunu "hiss edə" və bu məlumatları şifrlənmiş kanal vasitəsilə ötürə bilir. Yarımkeçirici çip “Bluetooth”, “Wi-Fi” və mobil şəbəkələrdən yayılan elektromaqnit enerjisi ilə işləyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.