DÜNYA


Dünyada ilan sancmasından hər gün 200 nəfər ölür

Bakı, 23 may, AZƏRTAC

Dünyada ilan sancmasından hər gün orta hesabla 200 nəfər, hər il isə 80 minədək insan həyatını itirir.

AZƏRTAC xəbər verir ki, CNN telekanalında yer alan məlumata görə, ilan sancması, eyni zamanda, 400 min nəfərin şikəst qalmasına səbəb olur.

Dünya Səhiyyə Təşkilatı ilan sancmalarından qaynaqlanan insan ölümlərinin sayını azaltmaq məqsədilə yol xəritəsi hazırlayacağını bildirib. Təşkilat bununla bağlı maarifləndirmə işinin önəmini vurğulayaraq 136 milyon dollarlıq yatırımla 2030-cu ilədək ölüm və şikəstlik hallarının yarıya endirilməsini hədəflədiyini qeyd edib. Alimlər isə daha etibarlı, ucuz və təsirli zərdab hazırlamaq üçün yeni yanaşmalara ehtiyac olduğunu bildirirlər.

Telekanalın məlumatına əsasən, hazırda dünyada 3400-dək ilan növü var. Onların təxminən 600-ə qədəri zəhərli hesab olunur. İlan sancmaları ən çox Asiya və Afrika ölkələrində baş verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.