DÜNYA


Dünyada ilk “Airbus A330-900neo” təyyarəsini “TAP Air Portugal” əldə edib

Lissabon, 30 noyabr, AZƏRTAC

“TAP Air Portugal” aviaşirkəti dünyada ilk yeni nəsil geniş fyuzelajlı “Airbus A330-900neo” təyyarəsini alıb.

2019-cu ilin sonuna qədər aviaşirkət daha 19 belə təyyarə əldə edəcək.

AZƏRTAC “euromag.ru” saytına istinadla xəbər verir ki, təyyarənin salonu “Airspace by Airbus” adlanır. Burada 298 kreslo quraşdırılıb. Kresloların 34-ü “biznes-klass”da yerləşir və çarpayı kimi açılır, 96-sı “ekonom-plyus klass”da, 168-i “ekonom-klass”da yerləşir.

“Airspace by Airbus” hər bir sərnişin üçün daha geniş yer, daha tutumlu baqaj rəfləri, daha yaxşı işıqlandırma və simsiz Wi-Fi ilə bərabər ən müasir əyləncə sistemi ilə təchiz edilib.

Yeni təyyarə ilə Portuqaliyadan Şimali və Cənubi Amerika, habelə Afrika ölkələrinə uçuşlar həyata keçiriləcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.