DÜNYA


Dünyada ilk üzən AES-in sınaqları başa çatır

Bakı, 16 aprel, AZƏRTAC

Dünyada ilk üzən atom elektrik stansiyası (AES) olacaq “Akademik Lomonosov”un birinci enerji blokunun sınaqları başa çatır.

AZƏRTAC “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, “Akademik Lomonosov” enerji bloku layihəsi üzən atom istilik elektrik stansiyasının tərkibində olacaq və 100 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə təmin edəcək üç reaktorla təchiz ediləcək.

Mütəxəssislər bildirirlər ki, enerji blokundan Şimal və Uzaq Şərqin rayonlarında istifadə ediləcək. Onun başlıca məqsədi ucqarda olan sənaye müəssisələrini, liman şəhərlərini və açıq dənizdə neft-qaz platformalarını elektrik enerjisi ilə təmin etməkdir.

“Akademik Lomonosov” enerji blokunun kompleks sınaqları 2018-ci ilin noyabrında başlayıb. Cari ilin payızında onu Peveka limanına köçürəcəklər. Enerji bloku orada sıradan çıxmaqda olan Bilibinsk AES və Çaunsk İstilik Elektrik Mərkəzini əvəz edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.