DÜNYA


Dünyada koronavirus infeksiyasına rekord sutkalıq yoluxma qeydə alınıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də dünyada COVID-19 infeksiyasına rekord sayda – 310 min 713 yoluxma qeydə alınıb. Əvvəlki rekord 304 min 466 nəfərin yoluxduğu sentyabrın 4-də müşahidə edilmişdi.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, həmçinin ötən sutka ərzində COVID-19 infeksiyası səbəbindən 5 min 809 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, indiyə qədər dünyada koronavirusa yoluxanların sayı 28 milyon 660 min nəfərə çatıb, infeksiya səbəbindən ölənlərin sayı isə 920 min nəfərə yaxınlaşıb. Eyni zamanda, 20 milyon 586 min 147 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 153 min 862 xəstədən 60 min 895-nin vəziyyəti ağır qiymətləndirilir.

Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 636 min 247 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri ötən sutka ərzində ən çox yoluxma halının qeydə alındığı (97 min 654) Hindistan tutur - 4 milyon 659 min 984 nəfər. Braziliyada 4 milyon 283 min, Rusiyada 1 milyon 52 min, Peruda 716 min, Kolumbiyada 702 min nəfər koronavirusa yoluxub.

COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideri olan ABŞ-da 197 min 421, İlk beşliyə daxil olan Braziliyada 130 min 474, Hindistanda 77 min 506, Meksikada 70 min 183, Böyük Britaniyada isə 41 min 614 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.