DÜNYA


Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 21 milyon nəfəri ötüb

Bakı, 14 avqust, AZƏRTAC

Dünyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 21 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, avqustun 13-də dünyada koronavirusa 284 min 113 nəfər yoluxub, 6 min 655 nəfər isə dünyasını dəyişib.

Saytın məlumatına əsasən, hazırda bütün dünyada koronavirus infeksiyasına yoluxanların sayı 21 milyon 92 min 96 nəfərə, ölənlərin sayı isə 757 min 727 nəfərə çatıb. Eyni zamanda, 13 milyon 944 min 364 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 390 min xəstədən 64 min 511 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 5 milyon 415 min 977 nəfərə çatıb. Yoluxma sayına görə ABŞ-dan sonra ikinci yeri Braziliya tutur - 3 milyon 229 min 621 nəfər. Hindistanda 2 milyon 464 min 316 nəfər, Rusiyada 912 min 823 nəfər, Cənubi Afrika Respublikasında 572 min 865 nəfər, Peruda isə 507 min 996 nəfər COVID-19 xəstəliyinə yoluxub.

COVID-19 xəstəliyindən ölənlərin sayına görə də ABŞ dünya lideridir – 170 min 419 nəfər. İlk beşliyə daxil olan Braziliyada 105 min 564, Meksikada 55 min 293, Hindistanda 48 min 177, Birləşmiş Krallıqda isə 41 min 347 nəfər koronavirus səbəbindən həyatını itirib.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.