DÜNYA
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 34 milyon nəfəri ötüb
Bakı, 1 oktyabr, AZƏRTAC
Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 34 milyon nəfəri ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, sentyabrın 30-da dünya üzrə 315 min 678 nəfər koronavirusa yoluxub, 6 min 208 nəfər həyatını itirib.
Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 34 milyon 185 min 386 yoluxma və 1 milyon 19 min 165 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 25 milyon 446 min 698 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 719 min 523 xəstədən 65 min 896 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
ABŞ-da infeksiyaya yoluxanların sayı 7 milyon 447 min 693 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yerləri tutan Hindistanda 6 milyon 312 min 584, Braziliyada 4 milyon 813 min 586, Rusiyada 1 milyon 185 min 231, Kolumbiyada 829 min 679 nəfər COVID-19 virusuna yoluxub.
Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 211 min 752 nəfər. İlk beşliyə daxil olan Braziliyada 143 min 962, Hindistanda 98 min 708, Meksikada 77 min 646, Böyük Britaniyada 42 min 143 nəfər koronavirus infeksiyasının qurbanı olub.
Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.