DÜNYA


Dünyada koronavirus qurbanlarının sayı 1,3 milyon nəfəri ötüb

Bakı, 14 noyabr, AZƏRTAC

Dünyada COVID-19 infeksiyası səbəbindən ölənlərin sayı 1,3 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, noyabrın 13-də dünya üzrə 9 min 945 nəfər koronavirus xəstəsi həyatını itirib və bununla da ölənlərin ümumi sayı 1 milyon 309 min 703 nəfərə çatıb.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 53 milyon 766 min 702 yoluxma halı qeydə alınıb. Eyni zamanda, 37 milyon 535 min 291 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 14 milyon 921 min 708 xəstədən 109 min 558 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İndiyədək ABŞ-da 11 milyon 66 min, Hindistanda 8 milyon 773 min, Braziliyada 5 milyon 819 min, Fransada 1 milyon 922 min, Rusiyada 1 milyon 880 min yoluxma qeydə alınıb.

Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 249 min 998 nəfər. İlk beşliyə daxil olan Braziliyada 164 min 946, Hindistanda 129 min 225, Meksikada 97 min 624, Böyük Britaniyada isə 51 min 304 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.