DÜNYA
Dünyada koronavirusa qarşı iki milyard dozadan çox vaksin vurulub
Bakı, 3 iyun, AZƏRTAC
Dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının sayı iki milyardı ötüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, peyvəndlərin yarıdan çoxu üç ölkənin – Çin, ABŞ və Hindistanın payına düşür.
İndiyədək dünyada 2,002 milyard peyvənd edilib. Onların 700 milyondan çoxu Çində, 220 milyondan çoxu Hindistanda vurulub. ABŞ-da istifadə edilən vaksin dozalarının sayı isə 300 milyona yaxınlaşır. Ölkə Prezidenti Co Bayden bildirib ki, yaşlı amerikalıların 63 faizi COVID vaksininin birinci dozasını alıb.
Əhali sayına nisbətdə tam peyvəndlənən sakinlərin miqdarına görə dünyada Seyşel Adaları (62 faizdən çox) və İsrail (60 faizdən yuxarı) liderlik edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]