DÜNYA


Dünyada koronavirusa qarşı peyvənd olunanların sayı 200 milyonu ötüb

Bakı, 20 fevral, AZƏRTAC

Dünyada koronavirusa qarşı peyvənd olunan insanların sayı 200 milyon nəfəri ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Agentliyin hakimiyyət orqanlarının, ekspertlərin və KİV-in məlumatları əsasında apardığı hesablamalara görə, indiyədək 200 milyon 269 min 332 nəfər vaksinasiya olunub. Bu, dünya əhalisinin 2,6 faizini təşkil edir.

Peyvənd olunan bütün insanların 65 faizə qədəri dörd ölkənin – ABŞ, Çin, Böyük Britaniya və Hindistanın payına düşür. Belə ki, Birləşmiş Ştatlarda 60 milyon nəfər (ölkə əhalisinin 18,5 faizi) peyvəndlənib. Çində bu göstərici 40,5 milyon nəfərdir (əhalinin 3 faizi). Britaniyada 17,5 milyon (26,6 faiz), Hindistanda isə 10,7 milyon nəfər (1 faizdən az) peyvənd edilib.

Əhali sayına nisbətdə isə ən çox vaksinasiya İsraildə (80,3 faiz), Birləşmiş Ərəb Əmirliklərində (49,8 faiz) və Seyşel Adalarında (56,8 faiz) aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.