Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçib
AzerTAg.az
Bakı, 27 yanvar, AZƏRTAC
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçib.
AZƏRTAC xəbər verir ki, Cons Hopkins Universitetinin məlumatına görə, pandemiya dövründə koronavirusdan ölənlərin sayı 2 milyonu keçib. Eyni mənbədən alınan məlumatda bildirilir ki, indiyə qədər dünyada 100.270.535 nəfərin COVID-19-a yoluxması təsdiqlənib.
Yoluxanların ən çoxu ABŞ-da (25.439.570), Hindistanda (10.689.527), Braziliyada (8.933.356), Rusiyada (3.716.228) və Böyük Britaniyada (3.700.268) qeydə alınıb.
Azərbaycanda indiyə qədər 229.358 koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alınıb. 221.116 nəfər müalicə olunaraq sağalıb, 3100 nəfər vəfat edib, 5142 xəstənin müalicəsi davam edir.

Xəbərin mətnində orfoqrafik səhv var