DÜNYA


Dünyada koronavirusa yoluxanların sayı 17 milyon nəfəri ötüb

Bakı, 29 iyul, AZƏRTAC

Dünyada COVID-19 virusuna yoluxanların sayı 17 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, iyulun 28-də dünyada koronavirusa 247 min 856 nəfər yoluxub, 5 min 580 nəfər həyatını itirib. Beləliklə, virusa yoluxanların sayı 17 milyon 30 min 540 nəfərə, ölənlərin sayı isə 666 min 65 nəfərə çatıb. Eyni zamanda, 10 milyon 556 min 564 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 5 milyon 807 min 911 xəstədən 66 min 532-nin vəziyyəti ağır qiymətləndirilir.

Ötən sutka ərzində ən çox yoluxma halı ABŞ-da qeydə alınıb - 64 min 729 nəfər. Bununla da Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 4 milyon 521 min 906 nəfərə çatıb. Yoluxma sayına görə ABŞ-dan sonra ikinci yeri Braziliya tutur - 2 milyon 498 min 668 nəfər. Hindistanda 1 milyon 582 min 581, Rusiyada 828 min 990, Cənubi Afrika Respublikasında 459 min 761, Meksikada isə 402 min 697 nəfər virusa yoluxub.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 152 min 853 nəfər. İlk beşliyə daxil olan Braziliyada 88 min 792, Birləşmiş Krallıqda 45 min 961, Meksikada 44 min 876, İtaliyada isə 35 min 129 nəfər koronavirus səbəbindən həyatını itirib.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Martın 11-də yeni koronavirus infeksiyasının yayılması pandemiya elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.