DÜNYA


Dünyada koronavirusa yoluxanların sayı 19 milyonu ötüb

Bakı, 6 avqust, AZƏRTAC

Dünyada COVID-19 xəstəliyinə yoluxanların sayı 19 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, avqustun 5-də dünya üzrə koronavirusa 271 min 325 nəfər yoluxub, 6 min 837 nəfər isə həyatını itirib.

Saytın məlumatına əsasən, hazırda koronavirusa yoluxanların sayı 19 milyon 53 min nəfərə, ölənlərin sayı isə 712 min 564 nəfərə çatıb. Eyni zamanda, 12 milyon 228 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 112 min xəstədən 65 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 4 milyon 974 min nəfərə çatıb. Yoluxma sayına görə ABŞ-dan sonra ikinci yeri Braziliya tutur - 2 milyon 863 min nəfər. Hindistanda 1 milyon 968 min, Rusiyada 872 min, Cənubi Afrika Respublikasında 530 min, Meksikada isə 456 min nəfər COVID-19 xəstəliyinə yoluxub.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 161 min 607 nəfər. İlk beşliyə daxil olan Braziliyada 97 min 418, Meksikada 49 min 698, Birləşmiş Krallıqda 46 min 364, Hindistanda isə 40 min 722 nəfər koronavirus səbəbindən həyatını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.