DÜNYA


Dünyada koronavirusa yoluxanların sayı 38 milyon nəfəri ötüb

Bakı, 13 oktyabr, AZƏRTAC

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 38 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, oktyabrın 12-də dünyada 275 min 849 nəfər koronavirusa yoluxub, 3 min 758 nəfər isə həyatını itirib.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 38 milyon 121 min 613 yoluxma və 1 milyon 86 min 640 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 28 milyon 646 min 757 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 8 milyon 388 min xəstədən 69 mininin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 8 milyon 38 min 543 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Hindistan tutur - 7 milyon 179 min nəfər. Braziliyada 5 milyon 103 min, Rusiyada 1 milyon 326 min, Kolumbiyada 919 min nəfər koronavirusa yoluxub.

Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 220 min 27 nəfər. İlk beşliyə daxil olan Braziliyada 150 min 709, Hindistanda 109 min 923, Meksikada 83 min 945, Birləşmiş Krallıqda isə 42 min 875 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.