CƏMİYYƏT


Dünyada koronavirusa yoluxanların sayı 570 milyonu ötüb

Bakı, 28 iyul, AZƏRTAC

Dünyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 570 milyonu, bu virusdan ölənlərin sayı isə 6,38 milyonu ötüb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülletenində deyilir.

Təşkilatın statistikası yalnız dövlətlər tərəfindən təqdim edilən yoluxmuş və ölənlər haqqında rəsmi təsdiqlənmiş məlumatlara əsaslanır. 500 milyon yoluxma halı aprelin 14-də, 400 milyon - fevralın 10-da, 300 milyon - yanvarın 8-də, 200 milyon yoluxma halı isə 2021-ci il avqustun 5-də qeydə alınıb.

ÜST-yə daxil olan ən çox təsdiqlənmiş yoluxma halları - 89 428 046 ABŞ-da qeydə alınıb. Daha sonra Hindistan (43 938 764), Braziliya (33 621 965), Fransa (32 664 720) və Almaniya (30 598 385) yer alıblar. Ən çox ölüm halları da - 1 017 366 ABŞ-dadır, ikinci sırada Braziliya (677 143), üçüncü yerdə Hindistan (526 167) qərarlaşıb. Ondan sonra Rusiya (382 272) və Meksika (327 109) yer alıblar.

Ötən həftə (18-24 iyul) ərzində 6 607 653 nəfər koronavirus infeksiyasına yoluxub, 12 689 nəfər həyatını itirib. Dünyada aşkar edilən yoluxma hallarının sayı əvvəlki yeddi günlə müqayisədə bir həftə ərzində 3 faiz azalıb, ölənlərin sayı isə ümumilikdə eyni səviyyədə qalıb.

Azərbaycanda indiyədək koronavirusa 797 281 yoluxma faktı qeydə alınıb, 9 741 nəfər həyatını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.