DÜNYA


Dünyada koronavirusdan ölənlərin sayı 900 min nəfəri ötüb

Bakı, 9 sentyabr, AZƏRTAC

Dünyada COVID-19 infeksiyası səbəbindən ölənlərin sayı 900 min nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, sentyabrın 8-də dünyada 247 min 97 nəfər koronavirusa yoluxub, 4 min 483 nəfər isə həyatını itirib.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 27 milyon 743 min 512 yoluxma və 901 min 934 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 19 milyon 834 min 324 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 7 min 254 xəstədən 60 min 392 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 514 min 376 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Hindistan tutur - 4 milyon 370 min 128 nəfər. Braziliyada 4 milyon 165 min 124, Rusiyada 1 milyon 35 min 789, Peruda 696 min 190, Kolumbiyada isə 679 min 513 nəfər koronavirusa yoluxub.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 194 min 37 nəfər. İlk beşliyə daxil olan Braziliyada 127 min 517, Hindistanda 73 min 923, Meksikada 68 min 484, Böyük Britaniyada 41 min 586 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.