DÜNYA


Dünyada koronavirusdan rekord sayda gündəlik ölüm faktı qeydə alınıb

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 2-də dünyada COVID-19 infeksiyası səbəbindən rekord sayda – 12 min 376 nəfər həyatını itirib, 634 min 970 yeni yoluxma halı aşkarlanıb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, bundan öncəki rekord 12 min 267 nəfərin öldüyü noyabrın 25-də qeydə alınmışdı.

Saytın son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 64 milyon 844 min 711 nəfərə, ölənlərin sayı isə 1 milyon 499 min 346 nəfərə çatıb. Eyni zamanda, 44 milyon 941 min 481 nəfər sağalıb, müalicəsi davam edən 18 milyon 397 min 941 xəstədən 106 min 458 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 14 milyon 313 mini ötüb. Hindistanda 9 milyon 534 min, Braziliyada 6 milyon 436 min, Rusiyada 2 milyon 347 min, Fransada 2 milyon 244 min yoluxma qeydə alınıb.

Dünyada koronavirus qurbanlarının təxminən beşdəbiri ABŞ-ın payına düşür - 279 min 865 nəfər. Ölüm göstəricisinə görə ilk beşliyə daxil olan Braziliyada 174 min 531, Hindistanda 138 min 657, Meksikada 107 min 565, Böyük Britaniyada isə 59 min 699 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

Xatırladaq ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.