DÜNYA


Dünyada meymun çiçəyi xəstəliyinə yoluxanların sayı 130 nəfəri ötüb

Bakı, 24 may, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı indiyədək dünya üzrə insanlar arasında meymun çiçəyi infeksiyasına 131 yoluxma halı qeydə alıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Assambleyasının xüsusi sessiyasında səsləndirilib.

Mayın 23-nə olan məlumata görə, dünyanın 17 ölkəsində meymun çiçəyinə yoluxma halı aşkarlanıb. Həmçinin Sudan və Argentina ehtimal olunan yoluxmalarla bağlı araşdırma aparır. Ən çox yoluxma İspaniya (40 nəfər), Portuqaliya (37 nəfər) və Böyük Britaniyada (20 nəfər) qeydə alınıb. Eyni zamanda, hazırda araşdırılan 106 yoluxma halından 51-i İspaniyadadır.

Qeyd edək ki, meymun çiçəyi nadir virus infeksiyasıdır. Xəstəlik çox vaxt yüngül keçir və pasiyentlərin əksəriyyəti bir neçə həftə ərzində sağalır. Lakin bəzi hallarda ağırlaşmalar da baş verir. Yüksək hərarət, baş və əzələ ağrısı, limfa düyünlərinin şişməsi, bel ağrıları, titrətmə və yorğunluq xəstəliyin ilk simptomlarıdır. Həmçinin əvvəlcə üzdə, sonra isə bədənin digər hissələrində səpmə əmələ gələ bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.