DÜNYA


Dünyada ötən sutka koronavirusa yoluxanların sayı 794 mindən çox olub

Bakı, 27 aprel, AZƏRTAC

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 794 mindən çox artıb.

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, ötən sutka ərzində 794 min 573 nəfər yeni koronavirusa yoluxub, 12 min 470 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 146 milyon 841 min 882, ölənlər isə 3 milyon 104 min 743 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (32,8 milyon), Hindistan (17,6 milyon), Braziliya (14,3 milyon), Fransa (5,5 milyon) və Rusiyada (4,7 milyon) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.