DÜNYA


Dünyada ötən sutka koronavirusa yoluxanların sayı 874 mindən çox olub

Bakı, 23 aprel, AZƏRTAC

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 874 mindən çox artıb.

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, ötən sutka ərzində 874 min 381 nəfər yeni koronavirusa yoluxub, 14 min 33 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 143 milyon 445 min 675, ölənlər isə 3 milyon 51 min 736 nəfərə çatıb.

Son 24 saat ərzində yoluxmanın 37 faizdən çoxu Cənub-Şərqi Asiyanın (329 min 450 nəfər) payına düşür. Digər yerləri isə Avropa (242 min 407 nəfər) ilə Şimali və Cənubi Amerika (218 min 907 nəfər) bölüşür.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (32,6 milyon), Hindistan (16,2 milyon), Braziliya (14,1 milyon), Fransa (5,4 milyon) və Rusiyada (4,7 milyon) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.