ELM VƏ TƏHSİL


Dünyada repetitorluq bazarının 2027-ci ilə qədər hər il orta hesabla 7,1 faiz böyüməsi ehtimal olunur

Bakı, 17 aprel, AZƏRTAC

Araşdırmalar göstərir ki, bütün dünyada valideynlər tərəfindən təhsilin əhəmiyyətinin dərk olunması səviyyəsi artmaqdadır. Bunun əsas səbəblərindən biri təhsilin keyfiyyəti və aktual ixtisas kimi amillərin sosial rifahın təmin olunması baxımından digər amilləri üstələməsidir. Bu hal keyfiyyətli təhsil verən müəssisələr və aktual ixtisaslar uğrunda rəqabətin artmasına səbəb olur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in “Facebook” səhifəsində “Test imtahanları repetitorluğun artmasına səbəb olurmu?” sualını cavablandırarkən söyləyib. O deyib: “Ölkəmizdə də ali təhsilin bütün vətəndaşlar üçün bərabər dərəcədə əlçatan olması və obyektiv qiymətləndirmə və seçmənin həyata keçirilməsi bu sahədə rəqabəti artırır. Valideynlər övladlarının bu yarışda önə çıxmasını təmin etmək üçün onları əlavə məşğələlərə yazdırır və ya fərdi repetitor xidmətindən istifadə edirlər. Qeyd olunduğu kimi, bu, sadəcə, ölkəmizə xas olan tendensiya deyil, əksinə bütün dünyada gedən proseslərlə üst-üstə düşür. Belə ki, bu sahədə beynəlxalq miqyasda aparılan ən son araşdırmaya əsasən dünyada repetitorluq bazarının 2027-ci ilə qədər hər il orta hesabla 7,1 faiz böyüməsi ehtimal olunur. Bunun əsas səbəbi rəqabətlə yanaşı, şagirdlərin özlərinə fərdi yanaşma tələb etməsidir. O da qeyd olunmalıdır ki, bu tendensiya onlayn repetitor xidmətlərinin də artmasına səbəb olur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.