ELM VƏ TƏHSİL
“Dünyanı bəzəyən Abbasın tarixi” kitabı Tarix Muzeyinə hədiyyə olunub
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə “Dünyanı bəzəyən Abbasın tarixi” (“Tarixe-aləmaraye-Abbasi”) kitabı hədiyyə olunub. Bu barədə AZƏRTAC-a muzeydən bildirilib.
Bu qiymətli elmi kitabı muzeyə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Şahin Fərzəliyev təqdim edib.
Kitabın müəllifi XVI əsrin görkəmli tarixçisi, şair və xəttatı İsgəndər bəy Münşidir. Azərbaycanın orta əsrlər tarixini, xüsusilə Səfəvilər imperiyasının tarixini araşdırmaq üçün dəyərli mənbə olan kitabı fars dilindən ana dilimizə professor Ş.Fərzəliyev çevirib.
Əsər Azərbaycan tarixinin tədqiqi üçün qiymətli mənbədir.