DÜNYA
Dünyanın 10 ən zəngin adamının sərvəti COVID-19 pandemiyası zamanı iki dəfə artıb
Bakı, 17 yanvar, AZƏRTAC
Dünyanın 10 ən zəngin adamı COVID-19 pandemiyası zamanı sərvətlərini ikiqat artırarkən bəşəriyyətin 99 faizinin gəliri azalıb.
AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, qlobal yoxsulluğun azaldılmasına diqqət yetirən xeyriyyə təşkilatı “Oxfam” Davosda keçirilən Dünya İqtisadi Forumu ərəfəsində qeyri-bərabərliyə dair hesabatını açıqlayıb.
“Oxfam”a görə, pandemiyanın başladığı 2020-ci ilin martından bəri dünyanın 10 ən varlı adamının, o cümlədən Elon Mask, Ceff Bezos və Bill Qeytsin sərvəti iki dəfədən çox artaraq 1,5 trilyon dollara çatıb. Bu göstərici onları dünyanın ən yoxsul 3,1 milyard insanından altı dəfə zəngin edir.
Koronavirus pandemiyasının milyarderlərin xeyrinə olduğunu bildirən “Oxfam”ın icraçı direktoru Qabriela Buçer səhmlərinin artması sayəsində super zənginlərin sayının artdığını da vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]