CƏMİYYƏT


Dünyanın aparıcı elmi nəşrlərində azərbaycanlı seysmoloq alimin əsərlərinə istinadlar artıb

Bakı, 26 yanvar, AZƏRTAC

Son illər dünyanın bir sıra nüfuzlu elmi dərgilərində, elmi əsərlərin yer aldığı beynəlxalq veb-səhifələrdə, eləcə də dünya alimləri öz məqalələrində azərbaycanlı seysmoloq alimlərin əsərlərinə istinadlar edilməsi halları artıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq Academia.edu veb-səhifəsində yerləşdirilmiş məqalələrdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin məqalələrinə 160 dəfə istinad edilib.

Digər beynəlxalq veb-səhifə “Google scholar”da isə professor Qurban Yetirmişlinin məqalələrinə 485 dəfə istinad olunub.

Bu ilin ilk günlərində “Google scholar” da alimin əsərlərinə 18 dəfə istinad qeydə alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.