DÜNYA


Dünyanın ən bahalı şəhərlərinin adları açıqlanıb

Bakı, 19 mart, AZƏRTAC

Sinqapur, Paris və Honkonq dünyanın ən bahalı şəhərlərinin “Economist Intelligence Unit” jurnalı tərəfindən tərtib olunmuş reytinqinə başçılıq edir. Sinqapur ardıcıl 6 ildir ən bahalı şəhər olaraq qalır.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, bu üç şəhərdə yaşayış qiymətləri yeddinci yerdə qərarlaşan Nyu-Yorkdan 7 faiz bahadır. Los-Anceles ötən illə müqayisədə bir neçə pillə irəliləyərək Təl-Əvivlə onuncu yeri bölüşür.

Dünyanın ən bahalı şəhərləri reytinqində ilk onluğa, həmçinin İsveçrənin Sürix və Cenevrə, Danimarkanın Kopenhagen, Yaponiyanın Osaka və Cənubi Koreyanın Seul şəhərləri daxildir. Asiya şəhərləri qida məhsullarının bahalığı səbəbindən yüksək yerləri tutur. Yerli valyutanın zəifləməsi səbəbindən Avstraliyanın 5, Yeni Zelandiyanın isə 2 şəhəri reytinqdə öz mövqelərini itirib. Ötən il Sidney siyahıda 10-cu yerdə qərarlaşmışdı.

Jurnal Venesuelanın paytaxtı Karakası ən ucuz şəhər seçib. Dəməşq, Daşkənd, Alma-Atı şəhərlərində yaşayış qiymətləri nisbətən bahadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.