DÜNYA


Dünyanın ən böyük külək turbinləri Şimal dənizində inşa ediləcək

Bakı, 20 sentyabr, Nihad Budaqov, AZƏRTAC 

Dünyanın ən böyük külək turbinləri Şimal dənizində inşa olunacaq.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyada ofşor külək elektrik stansiyası inşa etməyi planlaşdıran konsorsium “MHI Vestas” şirkətindən 90 ədəd külək turbini alıb. “MHI Vestas” bu satışın rekord - 9,5 meqavat gücə malik nəhəng turbinlər üçün rəsmi olaraq elan edilən ilk razılaşma olduğunu bildirib.

Şimal dənizində İngiltərə sahillərində inşa ediləcək “Triton Knoll” adı verilən külək parkı layihəsi üzrə investisiya qərarı 2018-ci ildə veriləcək. Bundan sonra isə sahil hissəsinin inşasına başlanılacaq. Dəniz hissəsinin tikintisinə isə 2020-ci ildə başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.