DÜNYA
Dünyanın ən çirkli havası olan şəhərlərinin adları açıqlanıb
Bakı, 17 fevral, AZƏRTAC
Dünyanın ən çirkli havasına malik şəhərlərin reytinqi tərtib olunub. Siyahıda ilk yeri Pakistanın Lahor şəhəri tutur.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat real zamanda havanın çirklənmə səviyyəsini qeydə alan “Iqair” portalının dərc etdiyi reytinqdə yer alıb. Hindistanın Kəlküttə və Banqladeşin Dəkkə şəhərləri reytinqdə müvafiq olaraq ikinci və üçüncü yerdədir.
Siyahının ilk onluğunda, həmçinin Pakistanın Kəraçi, Hindistanın Dehli, Ukraynanın Kiyev, Makedoniyanın Skopye, Vyetnamın Hanoy, Serbiyanın Belqrad, Bosniya və Herseqovinanın Sarayevo şəhərləri qərarlaşıb.
Atmosferin bu dərəcədə çirklənmə səviyyəsində tənəffüs yolları xəstə olan insanların respirator taxmaları, qapalı məkanlarda pəncərələri bağlamağı və hava təmizləyən qurğulardan istifadə etmələri, həmçinin açıq havada idmanla məşğul olmaqdan çəkinmələri tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]