İDMAN


Dünyanın ən güclü 12 şahmatçısından biri karyerasını erkən bitirib

Bakı, 29 aprel, AZƏRTAC

Rusiyanın Yekaterinburq şəhərində başa çatan iddiaçılar turnirinin çinli iştirakçısı Van Xao peşəkar karyerasını başa vurduğunu rəsmən açıqlayıb.

AZƏRTAC xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında 31 yaşlı Van Xao peşəkar şahmatın onun üçün bitdiyini elan edib.

O qeyd edib ki, böyük stres yaşadan işlə artıq məşğul olmayacaq: “Yəqin ki, hər hansı bir şəkildə şahmatda qalacağam. Məsələn, məşqçi kimi və ya dostluq turnirlərində iştirak edə bilərəm”.

Qeyd edək ki, Van Xao iddiaçılar turnirinin ikinci dövrəsində keçirdiyi 7 oyundan cəmi 1,5 xal toplamaqla yekun sıralamada 5 xalla sonuncu pilləni tutub. Aprel ayında FIDE-nin açıqladığı reytinq siyahısında isə, Van Xao 2763 xalla 12-ci pillənin sahibi olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.