SİYASƏT


Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində Azərbaycan bayrağı əks olunub  VİDEO

Qahirə, 28 may, AZƏRTAC

Dünyanın ən hündür tikilisi olan Dubaydakı “Bürc-Xəlifə” qülləsində 28 May - Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağı əks olunub.

AZƏRTAC xəbər verir ki, bayrağımızın bu məşhur qüllənin üzərində əks olunması ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı Baş Konsulluğunun təşəbbüsü ilə reallaşıb.

Qeyd edək ki, BƏƏ-nin Prezidenti Xəlifə bin Zayed Al Nahyan, BƏƏ-nin vitse-prezidenti və Baş Naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktum və Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nahyan Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları ünvanlayıblar.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.