REGİONLAR


“Dünyanın ən modern ölkələrində olmuşam, amma Ağalı kimi müasir kənd görməmişəm” – “GünazTV”nin rəhbəri

“Dünyanın ən modern ölkələrində olmuşam, amma Ağalı kimi müasir kənd görməmişəm” – “GünazTV”nin rəhbəri

Zəngilan, 4 dekabr, A.Yavərzadə, AZƏRTAC

Yolboyu gəldikcə işğaldan azad olunmuş torpaqları görüb istər-istəməz narahat olursan. Bir tərəfdə abad Bakı, digər tərəfdə viran qoyulmuş yurd yerləri. Amma Ağalıya çatanda hiss edirsən ki, burada həyat yenidən başlayır. Ən yaxşısı da budur ki, elə buradan başlayır. Yəni sərhəddən...

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında erməni işğalından azad olunan Zəngilanın Ağalı kəndinə səfər edən Güney Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalı söyləyib.

“Ağalının videosunu, şəkillərini görmüşdüm, yazılardan oxumuşdum. Amma belə gözləmirdim, çox gözəldir. Mən dünyanın ən modern ölkələrində də olmuşam, amma Ağalı kimi müasir kənd görməmişəm. İnfrastrukturun sistemli qurulması, inzibati binaların bir mərkəzdə olması – möhtəşəm layihədir. Prezident İlham Əliyev Azərbaycanı abad etmək üçün əlindən gələni edir və biz bunu Ağalının timsalında görürük. Dünyanın harasında belə kənd var? Mən 38 ildir Amerikada yaşayıram, orada belə kənd yoxdur. Azad olunmuş torpaqlarımızın hamısının belə olacağına inanıram”, - deyə o qeyd edib.

Erməni işğalından azad olunan Laçının əhəmiyyətinə də toxunan Əhməd Obalı bildirib ki, Azərbaycan Prezidenti Ağalını belə tikibsə, Şuşada gözəl layihələr davam edirsə, Laçın, Kəlbəcər də gözəl olacaq: “Laçına xüsusi diqqət yetirilməsi vacibdir. Çünki onu xaraba qoyanlar sərhədin o tərəfindən baxıb ömür boyu peşman olacaqlar, deyəcəklər ki, “həyat bax, bu cür olmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.