CƏMİYYƏT


Dünyanın ən nüfuzlu yəhudi din xadimlərindən olan Ravvin Artur Şnayer Azərbaycandakı tolerantlıqdan danışıb

Bakı, 6 noyabr, AZƏRTAC

“Vicdana çağırış” Beynəlxalq Fondunun təsisçisi və prezidenti Ravvin Artur Şnayer Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovla görüşüb.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, dinlərarası dialoqun dərinləşməsində rolu, həyata keçirdiyi layihələrlə bağlı müzakirələr aparılıb. Mərkəzin təşəbbüsü ilə keçirilən Qlobal Bakı forumlarının xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət etdiyi vurğulanıb. Ölkəmizdə çoxəsrlik tolerantlıq ənənələrinin yəhudi və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rola malik olduğu qeyd edilib. Azərbaycanın antisemitizm meyillərinin heç vaxt özünə yer tapmadığı nadir ölkələrdən biri olduğu diqqətə çatdırılıb. ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində sinaqoqa hücumun bütün dünya tərəfindən qınağa tuş gəldiyi vurğulanıb. Belə bir həssas dövrdə Mərkəzin müxtəlif konfessiyalar arasında birlik və həmrəylik ideyalarını təbliğ etməsinin təqdirəlayiq olduğu bildirilib.

Qeyd edək ki, “Vicdana çağırış” Beynəlxalq Fondunun təsisçisi və prezidenti Ravvin Artur Şnayer ABŞ-da və dünyada ən nüfuzlu yəhudi din xadimlərindən biri hesab olunur. Əlli ildən çoxdur ki, fəaliyyət göstərən Fond müxtəlif dinlər arasında sözdə və əməldə tolerantlıq, məhəbbət, qarşılıqlı ehtiram ideyalarını təbliğ edir. Fondda dünyanın tanınmış liderləri və din xadimləri, nüfuzlu siyasətçilər, dövlət adamları təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.