DÜNYA


Dünyanın ən qədim və nəhəng tur operatoru iflasa uğrayıb

London, 23 sentyabr, AZƏRTAC

Dünyanın ən böyük turizm şirkətlərindən olan ingilis tur operatoru “Tomas Kuk”u xilas etmək üçün son dəqiqələrdə aparılan danışıqlar nəticəsiz qalıb və şirkətin iflas etdiyi açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu qərardan sonra dünyanın bir çox yerlərinə bu şirkətin xətti ilə səfərə çıxan 150 mindən çox turist geri dönmək zorunda qalıb. Şirkətin 20 mindən çox işçisinin gələcək taleyi isə sual altındadır.

Qeyd edək ki, şirkətin Böyük Britaniyada 9 min nəfərin işlədiyi 563 ofisi var, daha 11 min nəfər isə başqa ölkələrdə yerləşən ofislərində çalışır.

Xatırladaq ki, şirkət 1841-ci ildə Tomas Kuk tərəfindən yaradılıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.