DÜNYA


Dünyanın ən stressli şəhərlərinin siyahısı açıqlanıb

İstanbul, 12 mart, AZƏRTAC

“PRNet” media monitorinqi və hesabat agentliyi tərəfindən dünyanın ən stressli şəhərləri ilə bağlı aparılan araşdırmanın nəticəsi açıqlanıb. İstanbulun 30-cu sırada yer aldığı siyahıda Bağdadın ən stressli şəhər olduğu aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, araşdırma 2018-ci ildə 146 ölkənin media təhlilləri əsasında aparılıb. Tədqiqatdan bəlli olub ki, 2018-ci ildə mediada “İstanbul və stress” kəlmələrinin bir yerdə işlədildiyi 1911  xəbər yayımlanıb.

Bu siyahıda ilk beşlikdəki digər şəhərlər isə Kabil, Loqos, Dakar və Qahirədir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.