CƏMİYYƏT


Dünyanın ən tez dişləyən canlısı bəlli olub

Bakı, 12 dekabr, AZƏRTAC 

Alimlərin araşdırmalarından bəlli olub ki, dünyanın ən tez dişləyən canlısı drakula qarışqalarıdır. Belə ki, onlar öz qurbanını 320 km/saat sürətlə dişləyirlər.

AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, bir qayda olaraq dünyanın ən sürətli, güclü və iti görən canlıları həşəratlar və onurğasızlar hesab edilir. Bu sinfə aid, elmi adı “Mystrium Camillae” olan drakula qarışqaları saniyələr ərzində uzaq məsafədə olan şikarına yaxınlaşaraq onu dişləmək bacarığına malikdir. Digər həşəratlardan fərqli olaraq bu qarışqaların çənələri hər zaman bağlı olur. Bu da mütəxəssislər arasında fikir ayrılığına səbəb olub. Belə ki, onlar bu vəziyyətdə drakula qarışqalarının sürətlə öz ovunu necə dişlədikləri ətrafında müzakirələr aparıblar. Bu səbəbdən alimlər müşahidələr zamanı saniyədə 480 min kadr çəkən xüsusi kameradan və rentgendən istifadə ediblər. Məlum olub ki, drakula qarışqası qurbanını dişləyəndə onun çənələri 320 km/saat sürətə cəmi 0,000015 saniyədə nail olur. Bundan əlavə “drakulaların” çənələrinin toxunma zamanı qurbanını yıxacaq qədər güclü olduğu da müəyyənləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.