SİYASƏT
Dünyanın enerji liderləri Londonda bir araya gəlirlər VİDEO
AZƏRTAC-ın informasiya dəstəyi verəcəyi beynəlxalq konfransda aktual məsələlər müzakirə olunacaq
London, 24 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, noyabrın 26-da enerji sənayesinin liderləri Mərkəzi Asiya və Azərbaycanın inkişaf edən enerji mənzərəsini müzakirə etmək üçün Londonda beynəlxalq konfransda bir araya gələcəklər.
AZƏRTAC-ın da informasiya dəstəyi verəcəyi konfransda beynəlxalq enerji şirkətləri, maliyyə qurumları, Avropadan, Mərkəzi Asiyadan, Azərbaycan, Rusiya, Çin, ABŞ, Yaponiya və Koreya Respublikasından analitiklər və hökumət rəsmiləri regionda enerji geosiyasəti və investisiya dinamikasını, eləcə də hüquqi risklər və layihə maliyyələşdirilməsi sahəsindəki yeniliklərlə bağlı fikir mübadiləsi aparacaqlar.
Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri konfransda açılış nitqi söyləyəcək.
Aşağıdakı linkə daxil olmaqla konfrans haqqında daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək mümkündür: http://www.eurasiandynamics.com/energy-crossroads.html
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London