DÜNYA


Dünyanın əsas maliyyəçiləri İndoneziyada qlobal iqtisadiyyatın problemlərini müzakirə edirlər

Tokio, 9 oktyabr, AZƏRTAC 

Mərkəzi bankların nümayəndələri, G20-nin, həmçinin BVF-nin və Dünya Bankının digər səhmdar ölkələrinin maliyyə nazirləri ənənəvi payız toplantısında dünya iqtisadiyyatının çağırışlarını, ümumi vəziyyəti və əsas təhlükələri müzakirə etmək üçün İndoneziyanın Nusa-Dua şəhərində toplaşıblar.

AZƏRTAC xəbər verir ki, görüş oktyabrın 9-dan 14-dək davam edəcək.

BVF-in və Dünya Bankının idarəetmə şurasının toplantıları ildə iki dəfə - yazda və payızda keçirilir. Bu toplantılar zamanı həmin təşkilatların fəaliyyətini tənzimləyən əsas qərarlar qəbul edilir, dünya iqtisadiyyatının perspektivləri, maliyyə bazarlarındakı vəziyyət müzakirə olunur. Toplantı çərçivəsində, həmçinin G20-nin maliyyə rəhbərlərinin görüşü də təşkil edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.