DÜNYA


Dünyanın hər 50 sakinindən biri koronavirusa qarşı peyvənd olunub

Bakı, 12 fevral, AZƏRTAC

Dünyada koronavirus əleyhinə vaksinasiya olunanların sayı 159,3 milyon nəfərə çatıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, indiyədək peyvənd olunanlar dünyanın 7 milyard 795 milyonluq əhalisinin 2 faizdən çoxunu təşkil edir.

Son yeddi gün ərzində sutkada orta hesabla 6 milyona yaxın insan peyvənd olunub. Bununla yanaşı, fevralın 3-də vaksinasiya olunanların sayı ilk dəfə olaraq koronavirusa yoluxanların sayını üstələyib. Worldometer saytının son məlumatına görə, pandemiya dövrü ərzində 108 milyon 313 mindən çox insan COVID-19 infeksiyasına yoluxub, onların da 2 milyon 379 min 137 nəfəri həyatını itirib.

Ən çox peyvəndləmə (48 milyondan çox) ABŞ-da aparılıb. İkinci yerdə Çin (40 milyondan çox), üçüncü yerdə isə Böyük Britaniya (14 milyondan çox) qərarlaşıb. Dünya üzrə vaksinasiyanın 65 faizi bu üç ölkənin payına düşür. İlk beşliyə, həmçinin Hindistan (7 milyon) və İsrail (6,2 milyon) daxildir.

Əhali sayına düşən peyvəndləməyə görə isə birinci yerdə İsraildir (69,3 faiz). Sonrakı iki yeri Birləşmiş Ərəb Əmirlikləri və Seyşel adaları tutur– müvafiq olaraq 49,8 faiz və 49,7 faiz. Britaniyada əhalinin 21,1 faizi, ABŞ-da isə 14 faizi artıq peyvəndlənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.