ELM VƏ TƏHSİL


Dünyaşöhrətli alimlər AzTU-nun doktorantları ilə görüşüblər

Bakı, 12 may, AZƏRTAC

Almaniyanın Münhen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyev və Kanadanın Beynəlxalq Biznes Universitetinin fəxri rektoru, professor Feridun Hamdullahpur Azərbaycan Texniki Universitetinin (AzTU) doktorantları ilə görüşüb.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

AzTU-nun rektoru Vilayət Vəliyev görüşün keçirilməsinin əhəmiyyətindən danışıb. Rektor dünyaşöhrətli alimlər - Məsud Əfəndiyev və Feridun Hamdullahpurun elmin və təhsilin inkişafına töhfələri barədə ətraflı məlumat verib.

Doktorantlarla söhbət zamanı dünyaşöhrətli alimlər təhsilin əhəmiyyətindən, elm və təhsilin gənclərin inkişafındakı rolundan danışıblar. Qeyd olunub ki, tələbələr uğur əldə etmək və rəqabətqabiliyyətli ola bilmək üçün bilik və bacarıqlarını daim inkişaf etdirməlidirlər.

Görüşdə ali təhsil sistemindəki yeni trendlər, tələbə-müəllim münasibətinin təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin keyfiyyəti və əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.