Dünyaşöhrətli alimlər UNEC-in müəllim və tələbələri ilə görüşüblər
AzerTAg.az
Bakı, 6 may, AZƏRTAC
Almaniyanın Münhen Texniki Universitetinin professoru, “Humboldt” mükafatı alan ilk azərbaycanlı alim, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyev və Kanadanın Beynəlxalq Biznes Universitetinin fəxri rektoru professor Feridun Hamdullahpur Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri və gənc müəllimləri ilə görüşüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə dünyaşöhrətli alimlər təhsilin əhəmiyyətindən, elm və təhsilin gənclərin inkişafındakı rolundan danışıblar, gənclərin uğur əldə edə bilmələri və rəqabətqabiliyyətli ola bilmələri üçün bilik və bacarıqlarını daim inkişaf etdirməyi tövsiyə ediblər.
Gənc müəllimlərlə görüşdə isə ali təhsil sistemindəki yeni trendlərdən, tələbə-müəllim münasibətinin təkmilləşdirilməsi, eləcə də tədqiqatçılıq fəaliyyətindən, multidisiplinar tədqiqatın əhəmiyyətindən bəhs olunub.


Xəbərin mətnində orfoqrafik səhv var